26 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

30.06.2022,17:22


30 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı 26 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı qərar iyunun 28-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.