Ukrayna 1,4 milyard dollara yaxın borcunu ödəmir?

10:11 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Ukrayna 1,4 milyard dollara yaxın xarici borcunu, o cümlədən faizləri sentyabrın 1-də ödəməlidir. Ölkə hakimiyyəti öhdəliklərini yerinə yetirmək yollarını tapmağa çalışır.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentlik öz hesablamaları əsasında məbləği təyin edib.

Adının çəkilməsini istəməyən mənbələrə görə, Kiyev kreditorlara borcun restrukturizasiyasını təklif edə bilər.

Digər variant isə Kiyevə Qərbə Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarından istifadə etmək imkanı verməkdir.

Lakin sonuncu variant hüquqi baxımdan mübahisəlidir. Beynəlxalq Valyuta Fondu ilə də danışıqlar aparılır.

 

Bütün xəbərlər