Bu media subyektlərinə vergi güzəşti edilib - Rəis müavini

01.07.2022,10:20


1 iyul, Fineko/abc.az. Məlum olduğu kimi ölkədə artıq illərdir həyata keçirilən ardıcıl, davamlı sosial-iqtisadi islahatların tərkib hissəsi kimi vergi sahəsində də həm qanunvericilik, həm inzibatçılıq inkişaf edir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva   jurnalistləra açıqlamasında bildirib. keçirilib.

O qeyd edib ki, illər ərzində hər il bu inkişafın cəmiyyətə və sahibkarlıq subyektlərinə vaxtında çatdırılmasında medianın rolu əvəzsizdir.

"Biz təbii ki, vergi orqanı olaraq, iqtisadiyyat nazirliyi olaraq medianın bu sahədə biliklərinin artırılmasında çox maraqlıyıq. Təbii ki, dövlətin bütövlükdə media subyektləri ilə bağlı da diqqəti və qayğısı böyükdür. Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən çap mediasına bir sıra vergi güzəştləri edilmişdir, onun xammalı olan bir sıra məhsullara vergi güzəştləri verilmişdir", - deyə S.Musayeva qeyd edib.

Müəllif: Elmir Murad