Baş Prokurorluq 2 məmur barədə həbs qərarı verdi - Detallar

10:36 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olmuş məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Müşviq Qasımovun  FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin  Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Quliyev Eldar Musa oğlu və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan  memar rəyi və digər  aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında Müşviq Qasımov  və Eldar Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər