Rusiyada COVİD məhdudiyyyətləri ləğv edildi

11:25 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Rusiyada koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) yayıb.

Məlumata görə, ölkədə maska rejimi, ictimai iaşə obyektlərinin gecə işləməsinə qoyulan qadağa və digər məhdudiyyətlər ləğv edilib. 

Bildirilir ki, ölkədə koronavirusla bağlı vəziyyət pisləşərsə, məhdudlaşdırıcı tədbirlər yenidən bərpa olunacaq.

Bütün xəbərlər