Putinin qohumlarına qarşı da sanksiya tətbiq edildi

11:54 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Avstraliya daha 16 Rusiya vətəndaşını sanksiya siyahısına daxil edib.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıya rusiyalı gimnast Alina Kabayeva, Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova, inşaat və mənzil-kommunal təsərrüfatı naziri İrek Fayzullin, kənd təsərrüfatı naziri Dmitri Patruşev və nəqliyyat naziri Vitaliy Savelyev əlavə edilib.

Bununla yanaşı, Avstraliya rəhbərliyinin Rusiya Prezidenti Vladimir Putinin qohumları adlandırdığı İqor Putin, Mixail Putin və Roman Putinə qarşı da sanksiya tətbiq olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər