Azərbaycanın qeyri-neft sektorunda pambıq mahlıcı ixracı yenə birincidir

14:13 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac İcmalı”nın iyun sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, 2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (123,7 milyon ABŞ dolları) birinci olub.

Bu siyahıda tomat (pomidor) (91 milyon ABŞ dolları) ikinci, karbamid (84,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 2022-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə 390,2 milyon ABŞ dolları, Rusiyaya 263,4 milyon ABŞ dolları, Gürcüstana 74,7 milyon ABŞ dolları, İsveçrəyə 66,4 milyon ABŞ dolları və ABŞ-a isə 44,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bütün xəbərlər