Azərbaycan may ayında ən çox ixracı Rusiyaya həyata keçirib

01.07.2022,14:24


1 iyul, Fineko/abc.az. Bildiyiniz kimi “İxrac İcmalı”nın iyun sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, sözügedən icmalda 2022-ci ilin may ayı üzrə ixrac 3,6 mlrd ABŞ dolları təşkil edib.

Qeyri-neft sektoru üzrə ixracda artım 5,7% olmaqla 222,4 milyon ABŞ dolları qeydə alınıb.

2022-ci ilin may ayında yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 24,7% artaraq 156 milyon ABŞ dolları olub.

2022-ci ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (56,5 milyon ABŞ dolları) ikinci və Hindistan (17 milyon ABŞ dolları) üçüncü olub.

2022-ci ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (32,8 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (21,2 milyon ABŞ dolları) ikinci və karbamid (15,9 milyon ABŞ dolları) üçüncü olub.