Azexport.az portalına 65 ayda 145 ölkədən sifariş gəlib

15:58 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Bildiyiniz kimi "İxrac İcmalı”nın iyun sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 may tarixinə kimi (65 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,04 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20 milyon ABŞ dolları olub.

Bütün xəbərlər