Bir Pəncərə” vasitəsi ilə qeyri-neft ixracının dəyəri 20 milyon ABŞ dolları olub

16:35 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Bu ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20 milyon ABŞ dolları olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel buraxılışında qeyd edilir. Sənədə əsasən, bu, ötən ilin iyun ayı ilə müqayisədə 9,1 % azdır.

2017-ci ildən 2022-ci ilin iyun ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 826,3 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər