İnvestisiya şirkətlərinin reytinqi açıqlanıb

01.07.2022,16:42


1 iyul, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.

ABC.AZ Birjaya istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyun ayları üzrə “PAŞA Kapital İnvestisiya Şirkəti” 4 milyard 704 milyon 28 min manat dövriyyə ilə 1-ci,  CPM-İnvest İnvestisiya Şirkəti QSC 3 milyard 14 milyon 313 min manat dövriyyə ilə 2-ci, "ABB İnvest İnvestisiya Şirkəti" QSC 1 milyard 879 milyon 600 min manat dövriyyə ilə 3-cü yeri tutub.