Bakıda restoranların dövriyyəsi 80 faizdən çox artıb

16:51 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 80,1% artaraq 374 mln. manat olub.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 217,4 mln. manat olub ki, bu da ümumi dövriyyənin 58,1%-ni təşkil edib.

Bütün xəbərlər