Naxçıvanla Türkiyə arasında quru sərhədləri bu tarixədək bağlandı

17:05 - 1.07.2022


1 iyul, Fineko/abc.az. Azərbaycan Türkiyədən Naxçıvana sərnişin daşımaları üçün quru sərhədini bağlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilir ki, iyulun 1-dən oktyabrın 1-dək Naxçıvana yalnız yük avtomobilləri buraxılacaq.

Məsələ ilə bağlı danışan Iğdır valisi Hüseyin Engin Sarıibrahim yalnız hava yolu ilə ölkələr arasında gediş-gəlişin mümkün olacağını deyib.

Bütün xəbərlər