"Bolmart" supermarketində kütləvi zəhərlənmə olub

10:53 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Bakıda tanınmış "Bolmart" supermarketində kütləvi zəhərlənmə olub.

ABC.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyindən yerli mətbuata bildirilib ki, hadisə zamanı 28 nəfər zəhərlənib.

Zəhərlənmə "Bolmart"ın Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən filialında qeydə alınıb. Marketə təcili yardım çağırılıb.

Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib. Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

 

Bütün xəbərlər