Ukrayna-Rusiya müharibəsi nə vaxt bitəcək?

11:05 - 4.07.2022


4 iyul, Fineko/abc.az. “Ukrayna-Rusiya müharibəsində dönüş nöqtəsinin ilk nəticələrini cari ilin avqust ayında görmək mümkün olacaq”.

ABC.AZ xarci mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sədri Kirill Budanov yerli mətbuata müsahibəsində deyib.

O qeyd edib ki, müharibə Ukraynanın 1991-ci ildəki sərhədlərini geri qaytardıqda başa çatacaq.

O hesab edir ki, bu artıq gələn il baş verə bilər.

Jurnalistin müharibənin nə zaman başa çatacağına dair suala cavab verən Budanov “Hesab edirəm ki, gələn il” deyə təkrar edib.

Bütün xəbərlər