Britaniya Rusiyanın dondurulmuş aktivlərini müsadirə edə bilər

11:19 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Böyük Britaniya sanksiyalara məruz qalan Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinin tərəfdarıdır və hazırda bu məsələ üzərində işləyir.

ABC.AZ xəbər verir ki, Britaniyanın xarici işlər naziri Liz Truss deyib.

Nazir qeyd edib ki, bu ideyanı dəstəkləyirəm və biz bu məsələni yaxından öyrənirik.

"Kanada da müvafiq qanun qəbul edib. Biz Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə bunun üzərində işləyirik" deyə Truss bildirib.

O, Britaniya Parlamentinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə imkan verən yeni qanunun qəbul edilməli olduğunu bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər