Azərbaycan pendirinin növbəti partiyası Rusiyaya buraxılmayıb

12:08 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan idxal olunan pendir partiyasının qeydiyyatını dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı "Rosselxoznadzor” yayıb.

Belə ki, “Terminal Şərq-Qərb” MMC-nin müvəqqəti saxlama anbarında yoxlamalar aparılıb. Nəticədə iyunun 27-də qurumun Moskva və Tula vilayətləri üzrə İdarəsi qeydiyyatın dayandırılması ilə bağlı qərar qəbul edib. Xidmət əməkdaşları müəyyən edib ki, qablar və qablaşdırma materialları təkrar emal olunur, Avrasiya İqtisadi İttifaqının qablara və qablaşdırmaya dair müəyyən edilmiş tələblərinə uyğun gəlmir. Karton qutular əzilib, markalanma etiketlərinin yenidən yapışdırılması əlaməti aşkarlanıb. Pendirin baş hissəsində, mumun qoruyucu təbəqəsini çıxararkən, başqa bir istehsalçının (ehtimal ki, Hollandiyadan) işarəsi tapılıb. Həmçinin, tədarük hüququ üçün sertifikatlaşdırılmayıb.

Bütün xəbərlər