Azərbaycanda bazar payı ən çox olan mobil telefon şirkətləri - Siyahı

04.07.2022,14:19


4 iyul, Fineko/abc.az. Bu ilin iyun ayında Azərbaycanın mobil telefonları bazarında "Samsung"un payı may ayı ilə müqayisədə 0,76 faiz bəndi azalıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, "Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin iyulun 1-nə "Samsung"un ölkə üzrə bazar payı 41,7% təşkil edib.

Bu da ötən ilin müvafiq göstəricisindən 1 faiz bəndi azdır.

Populyarlığına görə "Samsung" ölkənin mobil telefon bazarında lider olaraq qalır.

Bu ilin iyun ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı may ayı ilə müqayisədə 0,36 faiz bəndi artıb. 

Üçüncü yerdə bazar payı 17,2% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb.

Digər mobil telefon istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 3,86%, “Realme” – 0,67%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 0,5%, "Lenovo" – 0,26%, “Tecno” – 0,19%, LG – 0,21%, "Nokia" – 0,15% və s.