Prezident bu yolun tikintisinə pul ayırdı - Sərəncam

14:25 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev "Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamla Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 1,4 milyon manatı ayrılıb.

 

Bütün xəbərlər