Azərbaycanın ilk ödənişli magistral yolu hansı olacaq?

14:43 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Azərbaycanda inşa edilən ilk ödənişli magistral yolun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

ABC.AZ Modern.az-a istinadən xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, magistral yolun tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur:

“Buna paralel olan yol da bərpa olunur ki, vətəndaşlar seçim edə bilsinlər. Vətəndaşlar ödənişli yoldan və digər yoldan istifadə edə biləcəklər. Hazırda Bakı-Quba yolunda bərpa işləri aparılır. Tikinti işləri ilin sonuna kimi yekunlaşdırılacaq. Ümumilikdə isə yolun gələn ildən istifadəyə verilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, 152 kilometrlik Bakı-Quba-Rusiya yolu ödənişli olacaq. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissədə aparılır.

Bütün xəbərlər