“Azərsu” rəhbərliyi Şəmkir şəhərində vətəndaşları qəbul edəcək

14:47 - 4.07.2022


4 iyul, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov 14 iyul 2022-ci il tarixində Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

ABC.AZ xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Şəmkir və Gədəbəy Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Bütün xəbərlər