Marketlərdə "Caster Winston”, "Caster Sobranie” kimi siqaretlər yoxa çıxıb - Detallar

15:20 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Son zamanlar siqaret çəkənlər bəzi növ siqaretləri tapa bilməməkdən şikayətlənirlər. Qeyd edilir ki, əsasən iri ticarət mərkəzləri və böyük marketlərdə brend növ siqaretlər tapılmır. Həmin siqaretlər isə köşklərdə daha baha qiymətlərə satılır.

ABC.AZ xəbər verir ki, ekspertlər bunun səbəbini siqaret qiymətlərinin tənzimlənən olmaması ilə əlaqələndirib.

Onlar iddia edir ki, buna görə də süni qiymət artımının qarşısını almaq olmur:

"Siqaretin qiyməti tənzimlənən qiymət deyil. Burada aksizlər əlavə etməklə siqaretin qiymətini bahalaşdırırlar. Bu cür halların qarşısını almaq üçün bazar mexanizmi yoxdur. Son zamanlar əsasən brend növ siqaretlərdən, məsələn, "Caster Winston”, "Caster Sobranie” kimi siqaretlərin tapılmasında problemlər var. Ola bilər ki, bu, Rusiya-Ukrayna müharibəsi ilə də əlaqəli olsun. Yəqin ki, həmin siqaretlər Ukrayna üzərindən gətirilir. İndi gətirilməsi çətinləşib və ya daha uzaq ölkələrdən gətirilir. Ona görə də, bu, qeyd edilən siqaretlərin qiymətlərinə və qıtlığına da səbəb olur”.

Bütün xəbərlər