"Romaşka" smetanı 80 qəpik bahalaşdı

15:48 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Azərbaycan bəzi ərzaq məhsullarının qiyməti durmadan artır. Bu ilin yanvar ayından bu günədək qiyməti 3 dəfə dəyişən məhsullardan biri "Romaşka" smetanlarıdır.

Bu ABC.AZ əməkdaşının marketlərdə müşahidəsi nəticəsində məlum olub.

Belə ki, 25 faiz yağlığı olan "Romaşka" smetanının (350 qr.) qiyməti hazırda 4 manat 70 qəpikdir. Ötən ay bu məhsul marketlərdə 3.90, iki ay əvvəl 3,50 AZN, ilin əvvəlində isə 2,90 qəpiyə satılırdı.

Bütün xəbərlər