Bu kompleksə 400 min manat güzəştli kredit verilib

17:06 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Regional turizmin inkişafına dəstək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Qax rayonunun İlisu kəndi ərazisində yerləşən “Uludağ” Turizm və İstirahət kompleksi mmc-yə 400 min AZN məbləğində güzəştli kredit verilib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Bütün xəbərlər