Bakı-Daşkənd istiqamətində uçuşların sayı artırılır

17:29 - 4.07.2022


4 iyul, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

ABC.AZ bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Bütün xəbərlər