Azərbaycanın icmal büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

14:32 - 5.07.2022


5 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın icmal büdcəsinin gəlirləri 18 149,7 milyon manat, xərcləri isə 14 343 milyon manat təşkil edib.

Maliyyə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,4% və 12,5% çoxdur.

Son nəticədə icmal büdcədə 3 806,7 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 47,7% çoxdur.

 

Bütün xəbərlər