Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər azalıb

05.07.2022,14:45


5 iyul, Fineko/abc.az. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 6 milyard 360,0 milyon manat məbləğində transfertə qarşı 4 milyard 648,0 milyon manat məbləğində transfert daxil olub.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1 milyard 712 milyon manat və ya 26,9 faiz az istifadə olunmasına imkan verib.