Rubl yenidən zəifləyib - Dollar qarşısında 10 faizdən çox ucuzlaşıb

10:49 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Son günlər sürətlə möhkəmlənən rublun məzənnəsi yenidən zəifləyib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, iyulun 5-də rubl kəskin ucuzlaşıb.

Belə ki, dünən Rusiya birjalarında rubl ABŞ dolları və avro qarşısında 10%-dən ucuzlaşıb. Beləliklə də 1 ABŞ dolları iyunun 8-dən sonra, yəni son bir ayda ilk dəfə olaraq 62 rubla yaxınlaşıb (61,7 rubl), avro isə 67 rubla yaxınlaşıb.

Hazırda dollar/rubl məzənnəsi 62 rubldan yüksəkdir. Avro isə 64,53 rubldur.

Bütün xəbərlər