Bu ölkədə COVID-19 epidemiyasının növbəti dalğası müşahidə olunur

11:17 - 6.07.2022


6 iyul, Fineko/abc.az. İtaliyada COVID-19 epidemiyasının növbəti dalğası müşahidə olunur. Belə ki, ötən sutka ərzində ölkədə koronavirusa gündəlik yoluxma sayı 100 mini keçib.

ABC.AZ xəbər verir ki, İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda ölkədə 132 min 274 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu, cari il fevralın 1-dən bəri qeydə alınan ən yüksək göstəricidir. İtaliyada koronavirusa yoluxanların sayı isə ümumilikdə 18 milyon 938 min 771-ə yüksəlib.

Hazırda ölkədə aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 87 min 272, reanimasiya şöbəsində olanların sayı isə 323 nəfərdir. İndiyədək İtaliyada 168 min 698 nəfər koronavirusun qurbanı olub. Pandemiya dövründə 17 milyon 682 min 801 nəfər virusdan sağalıb.

Bütün xəbərlər