Əmək pensiyaları artırılır?

15:14 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 2025-ci ilə qədər əmək pensiyalarının artırılmasıyla bağlı təkliflərin təqdim olunacağını deyib.

O qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği gələn il üçün 345 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 375 müəyyən edilib, əmək pensiyalarının minimum məbləği isə hələlik proqnozlaşdırılmayıb.

Maraqlıdır, növbəti iki il üçün  əmək pensiyalarınım minimal həddi hansı məbləğdə ola bilər ? Bu istiqamətdə ciddi artım gözləmək olarmı ? 

ABC.AZ xəbər verir ki, mövzu ilə bağlı Gundem.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əmək pensiyaları ilə bağlı minimum əməkhaqqı, təqaüd kimi məsələləri 2025-ci ilə qədər proqnozlaşdırmaq, məbləğ söyləmək çətindir:  "Çünki inflyasiya məsələlərinin hansı yöndə olacağı bilinmir. 2025-ci ilə qədər inflyasiya artacaqmı, azalacaqmı, Azərbaycanın gəlirləri hansı vəziyyətdə olacaq, manatın məzənnəsi necə olacaq kimi məsələlərin hamısı açıq suallardır. Bu suallara konkret cavab olmadan 2025-ci ilə qədər olan parametrləri indidən hesablamaq, hansısa rəqəm söyləmək çətindir. Ola bilər elə bil şərait yaransın ki Azərbaycanda ciddi inflyasiya prosesləri olsun, yaxud da manatın məzənnəsi dəyişsin və manat dəyərdən düşsün. Bütün bunlar yeni hesablama qaydalarına səbəb olacaq".

Bütün xəbərlər