Start qiyməti 2 milyon manat olan helikopterlər hərraca çıaxarılacaq

17:16 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 19 və 21 iyul tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

ABC.AZ xəbər verir ki, iyulun 19-da keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 39 nəqliyyat vasitəsi,  21 iyulda təşkil olunacaq hərraca isə 3 helikopter çıxarılıb.

Hərraca çıxarılacaq "Azərbaycan Hava Yolları" QSC-yə məxsus olan və helikopterlərin starrt qiyməti 2 milyon manatdır.  Paytaxtın Suraxanı rayonunda yerləşən 42 saylı mağaza 400 min manata satılır. Rayonun Yeni Günəşli qəsəbəsi, AB massivi, 137 ünvanında yerləşən bu obyektin ümumi faydalı sahəsi 1 664 kvadratmetrdir. Hərracda iştirak etmək üçün 40 min manat beh məbləği ödənilməlidir. Şəkidə yerləşən hamam xidmət sahəsi üçün əlverişlidir. Şəki şəhəri, B.Məmmədov küçəsi, 29 ünvanında yerləşən 2 saylı hamam ilkin start qiyməti ilə 17 500 manata təklif olunur. Bu əmlakı almaq üçün isə öncədən 1 750 manat beh məbləği ödənilməlidir. Obyektin ümumi faydalı sahəsi 151 kvadratmetr, torpaq sahəsi isə 213 kvadratmetrdir. İyulun 21-də təkrar keçiriləcək hərraca çıxarılan hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.

Bütün xəbərlər