50 azərbaycanlı tələbə İsraildə təhsil alacaq

17:29 - 6.07.2022


6 iyul, Fineko/abc.az. 50 azərbaycanlı tələbənin kənd təsərrüfatı sahəsində İsraildə təhsil alması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

İsrail səfirliyindən ABC.AZ-a verilən xəbərə görə, tələbələr bir tədris ilini İsrailin Arava bölgəsində keçirəcək.

Daha sonra burada kənd təsərrüfatı sahəsində ən qabaqcıl bilik və bacarıqları öyrənəcək və geri qayıtdıqdan sonra Azərbaycanda tətbiq edəcəklər.

Bütün xəbərlər