Rusiyada inflyasiya sürətlənib

10:54 - 7.07.2022


7 iyul, Fineko/abc.az. Rusiyada illik inflyasiya iyun ayında 0,03 faiz zəifləyərək 16,19 faiz təşkil edib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin hesabatında deyilir.

Nazirlikdən verilən məlumata görə, inflyasiya iyunun 25-dən iyulun 1-dək mənzil-kommunal xidmətlərin tariflərinin artırılması ilə əlaqədar olaraq 0,23 faizə qədər sürətlənib.

Məzuniyyətlər dövrü ilə əlaqədar olaraq turizm xidmətlərinin qiymətlərində mövsümi artım davam edib: qiymətlər bir həftə əvvəlki 0,79%-dən sonra 3,65% artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər