AQTA sahibkarlıq subyektlərində monitorinqlər aparır

17:26 - 22.05.2018


22 may, Fineko/abc.az. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə əhalisinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə sahibkarlıq subyektlərində maarifləndirici monitorinqlərə başlayıb.

AQTA-nın məlumatında deyilir ki, monitorinqlər may-iyun aylarında keçiriləcək.

“Monitorinqlərtəsərrüfat subyektləri arasında ərzaq təhlükəsizliyi, qeydiyyat və sertifikatlaşdırma prosesləri sahəsində texniki sənədlər barədə  məlumatlandırıcı xarakter daşıyır”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin bildirilir ki, bu gün monitorinqlərin lik günü  “Bakı Qida və Yağ Fabriki”, “Sun-Tea Çay Fabriki” və “AzMeat Production” şirkətlərində keçirilib.

 


Bütün xəbərlər