Bakıda internet bundan sonra daha sürətli olacaq - Bunu Baktelecom vəd edir

14:28 - 7.07.2022


7 iyul, Fineko/abc.az. İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək.

ABC.AZ şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək.

Bütün xəbərlər