Bu halda cərimələnəcəksiniz - Təfərrüat

07.07.2022,14:59


7 iyul, Fineko/abc.az. Daşınmaz əmlakını sığorta etdirmək istəməyən şəxs buna görə nəzərdə tutulan cəriməni, yəni 50 AZN-i ödəməklə məsuliyyətdən yayına bilməyəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Xəzər tv-də bildirilib.

Qeyd edilib ki, hər 20 gündən bir bu barədə protokol tərtib ediləcək və şəxs 50 manat cərimələnəcək. Buna görə də hər 20 gündən bir cərimə ödəməkdənsə, həmin 50 manatı bir dəfə verib daşınmaz əmlakı sığorta etdirmək daha məqbuldur.

İcbari Sığorta Bürosunun Müştəri xidmətləri şöbəsinin rəisi Sadiq Mədətov deyib ki, yaşayış sahələrinin icbari sığortası ilə müqayisədə qeyri-yaşayış sahələrinin icbari sığortası sahəsində vəziyyət daha yaxşıdır.