Azərbaycandan dollar çıxarmağa cəhdin qarşısı alınıb

14:21 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycan istiqamətindən “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, xarici ölkə vətəndaşının idarə etdiyi “İveco” markalı yük avtomobilinə gömrük baxışı keçirilib.

Sürücü avtomobildə 1000 ABŞ dolları və 58000 Rus rublu olduğunu bəyan edib. Yoxlama zamanı isə nəqliyyat vasitəsinin salonunda, sənədlər üçün nəzərdə tutulan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 19000 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər