BVF Azərbaycan neftinin gələcək qiyməti barədə proqnoz açıqladı

15:05 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun  qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycan neftinin bir barelinin qiyməti 108,5 dollar (2021-ci ildə 71,1 dollar), 2023-cü ildə 96,5 dollar, 2024-cü ildə 85,7 dollar, 2025-ci ildə 78,7 dollar, 2026-cı ildə 74,4 dollar, 2027-ci ildə 72,2 dollar təşkil edəcək.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, 2022-ci il aprelin 1-nə ARDNF-in aktivləri 45 milyard 264 milyon dollar məbləğində qiymətləndirilir.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

 

Bütün xəbərlər