Azərbaycanda Aqrar Tədqiqatlar Mərkəzi təsis edildi

10:36 - 23.05.2018


23 may, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında  Fərman imzalayıb.

Mərkəz, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun yenidən təşkili  yolu ilə yaradılmış və publik hüquqi şəxs statusu almışdır.

Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan 1  milyon manat ayrılacaq.

 

Bütün xəbərlər