Rusiyaya qarşı sanksiyalar Azərbaycanın bank sektoruna necə təsir edib?

16:58 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Rusiyaya qarşı sanksiyalar indiyədək Azərbaycanın bank sektoruna məhdud təsir göstərib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Rusiyanın mühüm ticarət tərəfdaşı kimi rolunu nəzərə alınarsa, bankları alternativ sistemlərə müraciət edə bilərlər.

BVF tövsiyə edir ki, rəsmilər bankların alternativ ödəniş sistemlərindən və ya kriptovalyutalardan istifadəsini yaxından izləməlidir.

Bütün xəbərlər