Güzəştli mənzil alışında yeniliklər olacaq - Təfərrüat

17:17 - 8.07.2022


8 iyul, Fineko/abc.az. “Gələcəkdə mənzil seçimi sisteminə müdaxilələrin qarşısını almaq üçün yeni təhlükəsizlik tədbirləri tətbiq edəcəyik”.

ABC.AZ xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyində Aparat rəhbəri Fərman Qurbanlı bildirib. O bildirib ki, həm demo versiya, həm də seçim forması istifadəçiləri üçün təqdim olunacaq.

Fərman Qurbanlı qeyd edib ki, yeni təhlükəsizlik sistemləri tətbiq ediləcək: "Sistemi elə hala gətirmək istəyirik ki, artıq demo versiya vasitəsilə hansısa proqramçılar seçimi sürətləndirmək üçün proqram təminatları hazırlaya və uyğunlaşdıra bilməsinlər".

Bütün xəbərlər