Benzin bahalaşmasına ekspert nünasibəti - Daha ağır problemlər doğura bilər

11:26 - 13.07.2022


13 iyul, Fineko/abc.az.  Premium markalı (Aİ-95) benzinin qiymətinin ciddi şəkildə (25 %) bahalaşmasının iqtisadi əsaslandırılmasının nə dərəcədə səmimi və obyektiv olduğunu bir kənara qoyaq.
Bu məsələdə əmin olduğum başqa bir həqiqət var: Kimlərsə yollarda fərdi avtomobillərin sayının artmasının qarşısını həm də bu üsulla – yanacağı bahalaşdırmaqla alnaq istəyirlər.

ABC.AZ xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.

Daha sonra ekspert bunları deyib: "Lakin bu çox yanlış yanaşmadır. Fərdi avtomobillərdən istifadəni azaltmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək, mikromobillik (velosipeddən nəqliyyat kimi istifadə və s.) üçün münbit zəmin yaratmaq lazımdır. Yanacağın qiymətinin artması yalnız yeni və daha ağır problemlər doğura bilər".

Müəllif: Elmir Murad

Bütün xəbərlər