Azərbaycanlı tələbə dünyanın ən yaxşı hakerləri sırasında

11:58 - 13.07.2022


 13 iyul, Fineko/abc.az   "Major League Hacking" (MLH) – Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısı açıqlanıb.

ABC.AZ  xəbər verir ki, builki siyahıda azərbaycanlı tələbə Firəngiz Qənbərlinin də adı var. ABŞ-nin Kansas Universitetində II kurs tələbəsi olan Firəngiz ən yaxşı 50 arasına 18 ölkədən kompüter texnologiyaları ilə məşğul olan 100 min gənc arasından seçilib. Seçilən ən yaxşı gənc kompüter mütəxəssisləri Kanada, Çin, ABŞ, İngiltərə, Cənubi Koreya, Kolumbia, Yunanıstan, Misir, Efiopiya, Hindistan, Meksika, Pakistan, Özbəkistan, Tunis, Vyetnam, BƏƏ, Şri Lanka kimi ölkələri təmsil edirlər.

F.Qənbərli Amerikada kompüter elmləri ixtisası üzrə tam təqaüdlü təhsil alır.

Bütün xəbərlər