Yeni Ramana yaşayış massivində yeni su şəbəkəsi inşa edilir 

16:45 - 13.07.2022


13 iyul, Fineko/abc.az. “Azərsu” ASC Sabunçu rayonunun Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa edir.

ABC.AZ Cəmiyyətə istinadən xəbər verir ki,  layihəyə əsasən Yeni Ramana yaşayış massivində müxtəlif diametrli borularla 4 km uzunluğnda içməli su şəbəkəsi yaradılacaq. Yeni yaradılan şəbəkədən 500-ə yaxın ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. 

Bundan əlavə qeyd olunur ki, Dövlət investisiyası hesabına 2022-ci ildə Saray, Binəqədi, Zabrat, Ramana, Bilgəh, Maştağa, Buzovna, Şağan, Mərdəkan, Qala, Şüvəlan, Binə qəsəbələrinin bir hisssəində içməli su layihələri icra olunacaq.

Bütün xəbərlər