Xəzərin sahili villalardan təmizlənir - Bəzi mülklər söküldü  

11:12 - 14.07.2022


14 iyul, Fineko/abc.az.  Bu yay Xəzər sahilində sahibkar və məmur işğalına son qoyulmağa başlandı.

Proses Buznovnadan start götürdü.

ABC.AZ xəbər verir ki, əvvəlcə vətəndaşların dənizə girişini məhdudlaşdıran bir sıra məşhur restoranlar söküldü. Buzovna sahilini zəbt edən restoranların söküntüsü məmur villalarından da yan keçməyib. Artıq bir neçə dəbdəbəli mülkün dənizədək uzanan hasarı və estakadası sökülüb.


Bütün xəbərlər