Dünya birjalarında neft qiymətləri bahalaşıb 

11:43 - 14.07.2022


14 iyul, Fineko/abc.az.   Dünya birjalarında neft qiymətləri bahalaşıb.

ABC.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,45 dollar artaraq 100,02 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,25 dollar bahalaşaraq 96,55 dollar olub.

Eyni zamanda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,27 dollar artaraq 114,18 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Bütün xəbərlər