“Azərsun"un maşını minaya düşdü

17:27 - 14.07.2022


14 iyul, Fineko/abc.az. Cəbrayılda “Azərsun"un maşını minaya düşüb, sürücü xəsarət alıb.

ANAMA-dan ABC.AZ-a verilən məlumata görə, hadisə bu gün Cəbrayılın Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə baş verib.

“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

Bütün xəbərlər