Gömrük Xidməti generalı saxlanıldı

10:07 - 15.07.2022


15 iyul, Fineko/abc.az Gömrük xidmətinin daha bir generalı saxlanılıb.

ABC.AZ-ın məlumatına görə, gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu keçirilən xüsusi əməliyyat zamanı istintaqa təhvil verilib.
Bu barədə yerli mətbuatda qeyd edilib.
Güman edilir ki, onun saxlanılmasına səbəb Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, "Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovla bağlı aparılan istintaqın nəticələrinə görədir. 

Qeyd edək ki, Rəsulov Məsum Eynalı oğlu 26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunmuşdur. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olmuşdur.

Bütün xəbərlər