“Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub  

15.07.2022,12:28


15 iyul, Fineko/abc.az.  Tanınmış anestezioloq Cavid Paşayev “Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) ABC.AZ-a verilən məlumata görə, təyinatla bağlı TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, bundan sonra tibb müəssisəsinin direktoru vəzifəsinin icrasını da tanınmış anestezioloq Cavid Paşayev icra edəcək. Cavid Paşayev Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. Qeyd edək ki, “Yeni Klinika”nın əvvəlki direktoru Pərviz Abbasov rüşvət ittihamı ilə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.