Yüksək Texnologiyalar Parkı “Blockchain”, kriptovalyutalar və kripto-mədənçilik sahəsində fəaliyyət göstərən rezidentlərə güzəştlər təqdim edəcək

23.05.2018,16:45


23 may, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkında “Blockchain” texnologiyasına dair infosessiya keçirilib.

Nazirliyin məlumatında deyilir ki,  Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti, həmçinin “Blockchain” texnologiyasının əhəmiyyəti və onun Azərbaycanda müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara məlumat verib.

“Yüksək Texnologiyalar Parkı “Blockchain” texnologiyasının tətbiqi istiqamətində layihələrin reallaşdırılmasına köməklik göstərəcək. Yüksək Texnologiyalar Parkının Pirallahıda olan mövcud infrastrukturundan istifadə edərək “Blockchain”, kriptovalyutalar və kripto-mədənçilik  (mayninq) sahəsində fəaliyyət göstərən rezidentlərə bir sıra güzəştlərin edilməsi də nəzərdə tutulur”, - məlumatda belə deyilir.

Yüksək Texnologiyalar Parkında hər ay mütəmadi olaraq “Blockchain” texnologiyasına dair infosessiyaların keçirilməsi nəzərdə tutulur.